Yağış mövsümünün yaxınlaşmasıyla yanaşı, qurumuş gölməçələrdə böyük hərəkətlilik yaşanır. Bu sahələr ağcaqanadlar üçün ideal çoxalma bölgələridir. Gölməçə çuxurlarında, ya da su ilə dolma ehtimalı olan hər çuxurda ağcaqanadlar hərəkət halında görülə bilərlər. Ancaq bu dəfə uçmur, gəzirlər. Diqqətli şəkildə nəsə axtarır kimi görünürlər.
Ağcaqanad kimi uça bilən canlının, özü üçün dağlar, təpələr sayılacaq maneələri gəzərək aşmağa çalışması olduqca maraqlı mənzərə yaradır. Minlərlə ağcaqanadın hamısı birdən, sanki bir yerdən əmr almışcasına hərəkət edərlər. Çünki artıq onlar üçün vəzifə zamanı gəlmişdir.
Detektor ağcaqanadın uzun səfəri...
Ana ağcaqanadlar yumurtaları üçün uyğun yer tapmaq məcburiyyətindədirlər. Yumurtadan çıxan ağcaqanad balalarının, böyümə mərhələlərini tamamlaya bilmələri üçün su yığınına ehtiyacları vardır. Bu yığın; palçıqlı yağış suyu, bataqlıq, çəltik, hovuz suyu ya da tənəkə qabda yığılmış su belə ola bilər. Durğun sular ağcaqanadların seçim səbəbidir. Çünki bu sularda fotosintez edə bilən bitkilər vardır və bunlar suyu oksigenlə zəngin hala gətirirlər. Oksigen, sürfələrin ən əhəmiyyətli ehtiyaclarından biridir.
Ağcaqanad yumurtaları su olan hər mühitdə inkişaf edə bilər, ancaq yenə də bəzi şərtlər təmin edilməlidir: Yumurtadan çıxacaq olan sürfə, yetkin ağcaqanad olana qədər müxtəlif mərhələlər keçirəcəkdir. Hər mərhələdə də bala ağcaqanadın müxtəlif ehtiyacları olacaq. Həmçinin quraqlıq, ya da həddindən artıq isti də yumurtaların inkişafını əngəlləyə bilər. Buna görə ana ağcaqanad doğulacaq balaların bütün inkişaf mərhələlərini eyni rahatlıqla tamamlaya biləcəkləri mühit tapmaq məcburiyyətindədir.
Yaxşı, ağcaqanad ən uyğun yeri necə tapacaq? Baxaraqmı, qoxulayaraqmı, təxmin edərəkmi, yoxsa təsadüflər nəticəsindəmi?
Ağcaqanadın addımlarıyla, yumurtaları üçün ən uyğun yeri axtarmasının çətinliyini daha yaxşı vurğulaya bilmək üçün belə nümunə verək: Özünüzü təpəciklər, ağaclar və çuxurlarla dolu olan sahədə, harasa çatmağa çalışarkən düşünün, üstəlik heç bir köməkçi alətin (avtomobil, çətir və s.) olmadan, gəzərək, isti günəşin altında... Belə səfərin nə qədər yorucu olacağını təxmin edərsiniz.
Ölçüsünün kiçikliyini düşündüyümüzdə ağcaqanad üçün də uyğun yer tapmağın belə çətin, hətta qeyri-mümkün olduğu ağıla gələ bilər. Ağcaqanad bunu edərkən heç çətinlik çəkməz, əksinə yumurtalarını buraxacağı yeri asanlıqla tapar: qarnının altında olan xüsusi reseptor sayəsində, torpağın rütubət və istilik baxımından yumurtalarını qoymağa uyğun olub-olmadığını müəyyən edir. Ən uyğun yeri tapa bilmək üçün də torpağı hər santimetr, heç yorulmadan yoxlayar.
Çətin vəzifə başlayır...
Ağcaqanad kimi canlının torpağın rütubətini və istiliyini ölçməsinin necə əməliyyat olduğunu bir az düşünək...
Torpaq ilə əlaqədar araşdırmalar aparmaq olduqca zəhmətli işdir. Torpağın rütubətinin, məhsuldarlığının ölçülməsi, daxilindəki mineralların, mədənlərinin təsbit edilməsi, qısacası torpaqla əlaqədar olub insanın işinə yarayacaq mövzuların müəyyənləşdirilməsi üçün xüsusi hazırlanmış alətlərdən faydalanılır. Ya detektorlardan istifadə edilir, ya da torpağı qazaraq əldə edilən nümunələr laboratoriyalarda araşdırılır. Çünki nəyin, nə qədər dərinlikdə və nə sıxlıqda olduğunu bilmədən görüləcək işdən -məsələn qazıntıdan- sağlam nəticə əldə etmək olduqca çətindir. Ediləcək bir səhv nəticəsində, düzəlişi çətin olar, əmək sərf ediləcək, zaman və pul itkisi yaranacaq.
Ağcaqanad da qəti nəticə ala bilmək üçün torpağı əvvəlcə yoxlayar. Torpağın ümumi vəziyyəti haqqında məlumatlar alar, onları qiymətləndirər və nəticəsinə görə qərar verər. Burada tam təchizatlı texniki alətin deyil, yalnız 10 mm boyu olan kiçik canlıdan bəhs edildiyinin unudulmamasında fayda vardır.
Ağcaqanadın bacarıqları
Gəlin, indiyə qədər söylənilənləri yenidən nəzərdən keçirək və necə ortaya çıxdıqlarını təsəvvür edək.
10 mm böyüklüyündəki bu canlı şüurlu axtarış içindədir. Məqsədi, yumurtalarının və bu yumurtalardan çıxacaq balaların ehtiyaclarını qarşılayacaq mühit tapmaqdır. Burada ilk olaraq üzərində dayanılmalı olan, ağcaqanadın yumurtanın ehtiyaclarını haradan bildiyidir.
Ağcaqanadın istilik dəyişməsi, rütubət nisbəti kimi anlayışlardan xəbəri yoxdur. Məsələn, rütubətin, vahid həcmdə torpaqdakı su miqdarı olduğunu bilməz. Uyğun rütubətin və istiliyin yumurtanın içindəki ferment və zülalları hərəkətə keçirəcəyindən də xəbəri yoxdur. Zülalın və fermentin nə demək olduğunu, nə işə yaradığını, hansı şərtlərdə bunların hərəkətə keçərək yumurtanın inkişafını təmin edəcəyini ağcaqanadın bildiyini, bu məlumat istiqamətində gələcəyi görərək hərəkət etdiyini düşünmək isə əlbəttə ki, ağıllı deyil.
O halda ağcaqanad necə olur ki, uyğun rütubət və istilik axtarmalı olduğunu bilir?
Ağcaqanad, düşünmə, ya da öyrənmə kimi qabiliyyətləri olmayan böcəkdir. Hər hansı təhsil alması mümkün deyil. Elə isə bu böcək hansı məlumat sayəsində, xüsusi məqsəd istiqamətində hərəkət edər?
İkinci əhəmiyyətli təfərrüat isə, ağcaqanadın araşdırma apararkən istifadə etdiyi texniki təchizatdır. Ağcaqanad istilik və rütubəti ən həssas şəkildə ölçən və ən uyğun yerə doğuşdan yerləşdirilmiş orqana sahibdir.
Yaxşı, ağcaqanad bu orqana necə sahib olmuşdur? Görəsən, balalarının ehtiyaclarını müşahidələrlə və təcrübələrlə təsbit edən ağcaqanad, öz bədəninə bir növ “detektor” əlavə etməyəmi qərar vermişdir? Və daha sonra bu qərar istiqamətində öz bədənində dəyişikliklərmi etmişdir? Yoxsa xəyali “təkamül prosesi” içində, bir gün təsadüfən, ilk ortaya çıxan ağcaqanadın bədəninə yenə təsadüfən istilik və rütubət ölçüsü apara biləcəyi orqanmı əlavə olunmuşdur?
Əlbəttə ki, bunların heç biri mümkün deyil. Üstəlik bunlarla yanaşı, təkamülçülərin təsadüf şərhini etibarsız edən yüzlərlə sual daha vardır. Bütün imkansızlığına baxmayaraq, təkamülçülərin iddialarındakı məntiqsizliyi daha yaxşı vurğulaya bilmək üçün bu orqanın təsadüfən ortaya çıxdığını fərz edək. Əvvəlcə, ağcaqanadda yalnız bu həssas reseptor deyil, digər bütün orqanlar da qüsursuz mövcud olmalıdır. Çünki tam işləməyən, ya da əksik ölçü aparan -məsələn, yalnız rütubəti və ya istiliyi ölçən- orqan işə yaramayacaq. Bu isə, canlının nəslinin tükənməsi deməkdir.
Bunlarla yanaşı ağıla “ağcaqanad bu orqanı hansı məqsəd üçün və nə şəkildə istifadə edəcəyini necə öyrənmişdir?” sualı gələcəkdir.
Ağcaqanad öz bədənində xüsusi darayıcı yerləşdirə bilməyəcək və bu darayıcı nə məqsədlə və necə istifadə ediləcəyi barədə məlumatı özbaşına şəkildə ötürə bilməyəcəkdir.
Ağcaqanadın sahib olduğu xüsusiyyətlərdə qüsursuz uyğunlaşma vardır və təsadüflər heç bir şəkildə belə uyğunlaşma meydana gətirə bilməzlər. Sonrakı səhifələrdə veriləcək nümunələrdə də göründüyü kimi, ağcaqanadın bir anda, bütün olaraq ortaya çıxması zəruridir. Əks təqdirdə ağcaqanadın yaşaması mümkün deyil. Bu isə ağcaqanadın yaradılmış olması deməkdir. Ağcaqanadı bir anda qüsursuz olaraq yaradan Allahdır. Ağcaqanad hər xüsusiyyətiylə bizə Allahın bənzərsiz yaratma sənətini tanıdır. Allah ayələrdə Öz yaratmasındakı qüsursuzluqla əlaqədar olaraq belə nümunə verir:
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.
Mülk surəsi, 3-4
Bacarıqlı ağcaqanadlar
Kanadada 1920-ci illərdə yeni inşa edilmiş elektrik stansiyasındakı bütün generatorlar çox qısa müddət sonra xarab olmuşdu. Səbəb generatorların mühərriklərinə sıxışmış yüz minlərlə ağcaqanad idi. Görəsən bu ağcaqanadları generatorlara çəkən nə idi? Generatorlar təmizləndikdən qısa müddət sonra yenə eyni hadisə təkrarlanınca, ağcaqanadlarla əlaqədar mütəxəssisə müraciət etdilər və problem bunun sayəsində həll olundu.
Generatorlara hücum edənlərin hamısı erkək ağcaqanadlar idi. Səbəbi də bu generatorların içində onlara pərəstişkarlıq edən dişilərin var olduğunu düşünmələri idi! Generatorların vızıltısıyla dişilərin vızıltısını bir-birinə qarışdırmışdılar. Generatorların sürətinin dəyişdirilməsiylə ağcaqanadların ağlının bu cür qarışmasının da qarşısı alındı.
Bu maraqlı hadisə, ağcaqanadların cütləşməsini təmin edən xüsusi sistemə diqqət çəkir. Erkək ağcaqanadlar dişilərini çıxardıqları qanad səslərindən tanıyarlar, bunun sayəsində dişiləri tapar və cütləşərlər.
Ağcaqanadların qüsursuz eşitmə qabiliyyəti
Ağcaqanadların cütləşməsi havada uçarkən reallaşar. Lakin erkəklər yetkin ağcaqanad olana qədər, yəni qısa həyatlarının ilk 24 saatı ərzində cütləşməzlər. Çünki bu müddət içində antenaları hələ qurulmamışdır. Kar olan erkəklər dişilərin qanad səslərini -yəni cütləşmə çağırışlarını- duymazlar.
Ağcaqanadların eşitmə qabiliyyəti çox inkişaf etmişdir. Erkəklərin başından çıxan 2 dənə kiçik, tüklü antena olan və çox sayda duyğu hüceyrəsindən meydana gəlmiş bir orqan vardır. “Johnston orqanı” olaraq adlandırılan bu sistem, səs dalğalarının titrəşmələrini qəbul edir və ayırd edir. Bu tüklü hissiyat orqanı yalnız dik vəziyyətdəykən səs titrəşmələrinə qarşı həssasdır.
Dişi ağcaqanadın qanadlarından çıxan səs erkək ağcaqanada təsir edən ən əhəmiyyətli faktordur. Dişinin qanad səsləri, erkəyin antenasındakı reseptor hüceyrələri titrəşdirər və ağcaqanadın beyninə elektrik siqnallarını göndərər. Dişilər qanadlarını erkəklərdən daha sürətli çırparlar və dişinin qanadlarından çıxan titrəşmələr kişilərdə cütləşmə istəyini artırar.
Ağcaqanadların bol olduğu yay günlərində ətrafdakı səsləri düşünək. Nəqliyyat səsləri, insan səsləri, heyvan səsləri ... Qısacası, insanın eşidə bildiyi və eşidə bilmədiyi tezliklərdəki bir çox səs var. Bu qədər səs arasında erkək ağcaqanadın, dişisinin cılız qanad səsini eşitməsi olduqca çətin bir iş olmalıdır. Amma yenə də erkək ağcaqanadın həssas “qulaqları”, bütün bu səslərin arasından dişisinin səsini ayırd edə bilər və beləcə erkək ağcaqanad cütləşmək üçün dişiyə doğru uçar. Ağcaqanad sürüsünün içinə düşən dişi, erkəklərdən biri tərəfindən fərq edildiyində, erkək ağcaqanadın cinsi orqanının yanında olan xüsusi qısqaclarla tutulur və cütləşmə ümumiyyətlə havada, bəzən də yerdə reallaşar. Cütləşmədən sonra erkək, sürüsünə geri dönər və bir müddət sonra da ölər.
Bu nöqtədə mövzunu daha dərin araşdırmaq lazımdır. Ortada çox maraqlı bir sistem var. Ağcaqanadlar qarşı cinsi qanad çırpma səsindən tanıyırlar.
Əvvəlcə, hər dişinin qanadlarını daha yavaş, hər erkəyin də daha sürətli çırpma ehtimalı vardır. Məhz bu nöqtədə canlılardakı xüsusiyyətləri təsadüflərə bağlayan təkamül nəzəriyyəsinin cavab verməli oduğu bəzi suallar ortaya çıxar.
Əgər ağcaqanadlar təsadüflər nəticəsində var olmuş olsaydılar, doğan hər ağcaqanadın qanadlarını təsadüfi sürətdə çırpması gözlənilirdi. Çünki erkəyin daha yavaş, dişinin daha sürətli qanad çırpmasını tələb edəcək heç bir səbəb yoxdur. Ancaq hər ağcaqanad, sanki bir əmrə uyarcasına öz cinsiyyətini müəyyən edəcək sürətdə qanad çırpar. Gerçəkdə bu tezlik fərqinin də tək başına bir mənası yoxdur. Əgər erkək ağcaqanadda yaradılışdan olan üstün aşkarlama qabiliyyəti olmasaydı, bu qanad çırpışlarının da heç bir mənası olmazdı. Dişi ağcaqanadın çıxardığı titrəşmələr, insan üçün nə qədər mənasızdırsa, erkək ağcaqanad üçün də o qədər mənasız olardı. Belə bir vəziyyətdə erkək dişini tanıya bilməyəcəyindən, cütləşmə həyata keçməzdi.
Şübhəsiz ki, bunun əksi də mümkündür. Erkək ağcaqanadda üstün eşitmə qabiliyyəti olsa, lakin erkək, ya da dişi olsun bütün ağcaqanadlar müxtəlif tezliklərdə qanad çırpsalardı, bu dəfə də erkəkdəki eşitmə qabiliyyətinin faydası olmazdı. Bu isə hər iki vəziyyətdə də ağcaqanadların daha ilk nəsildə yox olması mənasına gəlirdi.
Bu vəziyyət bizlərə ağcaqanadların cütləşməsi üçün bir-birlərini tanımalarına kömək edən sistemin, daha ilk ağcaqanad cütündən etibarən qüsursuzca var olduğunu açıq şəkildə göstərir. Bu cür həssas mexanizmin birdən-birə ortaya çıxmasının tək şərhi isə şüurlu yaradılışdır. Ağcaqanadları xüsusi sistemləriylə birlikdə Allah yaratmışdır.
Yaradılış dəlilləri üzərində düşünmək
Quran ayələriylə diqqət çəkilən, yaradılış dəlillərindəndir. Allah insan üçün Öz varlığını, sərhədsiz gücünü və qüdrətini xatırladacaq saysız dəlil yaradır. Bu gerçəyi fərq edib, üzərində düşünmək və Allahın gücünü təqdir edə bilmək son dərəcə vacibdir. Hər insan, yaradılış dəlilləri üzərində düşünmək və dünyada mövcudluğunun gerçək məqsədini bilərək yaşamaqla məsuldur. İnsanın düşünərək bu məqsədi tapa biləcəyi bir ayədə belə xəbər verilir:
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur.
Həcc surəsi, 46
Bir insanın Allahın varlığını qavraması son dərəcə asandır. Bu mövzuda Quranda hz. İbrahim nümunə verilir. İbrahim peyğəmbər, Allahın bir və tək ilah olduğunu vicdanı ilə düşünərək qavramışdır. Müşrik qövmün içində yaşamasına baxmayaraq bu müqəddəs insan, qövmünün ibadət etdiyi bütləri buraxaraq yalnız Allaha iman etmişdi. Hz. İbrahimin Allaha qəti olaraq ilə iman etməsini bizə xəbər verən ayələr bu şəkildədir:
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun. Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” – dedi. Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” – dedi. Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
Ənam surəsi, 75-78
Hz. İbrahim nümunəsində olduğu kimi Allahın varlığı düşünə bilən, vicdan sahibi insanlar üçün açıq-aşkardır. Bu həqiqəti bilən insan Allahın özündən razı olacağı həyat yaşamaqla məsuldur. Allah ayələrində 6-7 ədəd 10 ildən ibarət olan dünyadakı həyatın, sonsuz həyat olan axirətə görə üstün tutulmayacaq yer olduğunu xəbər vermişdir. Bir ayədə belə deyir:
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?
Ənam surəsi, 32
Allahın onu qulluq üçün yaratdığının şüurunda olan və bu səbəblə Rəbbimizin məmnun olacağı həyat yaşayan insan həm dünya həyatında gözəl həyat yaşayar, həm də sonsuza qədər davam edəcək olan axirətdəki həyatında cənnəti ümid edə bilər.